Universitet əməkdaşları ilə görüş

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı ilk gündən özünün beynəlxalq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi diqqət ayırır.Dərslər yerli və əksəriyyəti Türkiyə, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, ABŞ, Meksika, Avstraliya və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilir.Bu gün Universitetin əməkdaşları ilə məktəbimizin X və XI sinif şagirdlərinin görüşü keçirilmişdir.Şagirdlərimiz bu görüşdə Universitetə qəbul qaydaları, fakultələri və universitetdəki tələbə həyatı ilə tanış oldular.