Məktəbin riyaziyyat müəllimi Hüseynzadə Günay "Elektron Təhsil" respublika müsabiqəsində 1-ci yer qazanmışdır

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Sevindirici haldır ki, bu müsabiqədə məktəbin riyaziyyat və İnformatika müəllimi Günay Hüseynzadə tərəfindən hazırlanan "Riyaziyyat müəllimləri üçün resurs bazası" adlı bloq "Təhsildə ən yaxşı internet resursları" nominasiyası üzrə qalib olaraq 1-ci yerə layiq görüldü. Məktəb rəhbərliyi adından biz də Günay xanmı təbrik edir, peşə fəaliyyətində uğurlar diləyirik.