“Konstitusiya və Suverenlik ili” mövzusuna həsr olunmuş dərslər

2025/2026-cı tədris ilinin ilk dərsləri II–XI siniflərdə “Konstitusiya və Suverenlik ili” mövzusuna həsr olunub.
Şagirdlərə ölkəmizin Konstitusiyası, dövlət müstəqilliyimizin əhəmiyyəti, suverenlik anlayışı və milli dəyərlərimiz barədə ətraflı məlumat verildi. Bu mövzu onların vətəndaşlıq şüurunun formalaşmasına, dövlətimizə bağlılıq və məsuliyyət hissinin daha da güclənməsinə xidmət etdi.
Yeni tədris ili bütün şagirdlərimiz üçün uğurlu və məhsuldar olsun!