Külək enerjisi tədbiri

16 mart tarixində şagirdlərin iştirakı ilə Gənc Avropa Səfirlərinin təşkil etdiyi Ozzi: Külək enerjisi tədbiri keçirilmişdir. Ozzi təbiəti xilas etməyə çalışan hamster, eləcə də təmiz enerjidən istifadə və enerjiyə qənaət haqqında komikslərin baş qəhrəmanıdır. Tədbirdə şagirdlər bərpa olunan və olunmayan enerji növləri haqqında məlumat əldə etmiş, enerjinin səmərəli istifadəsi haqqında müzakirələr aparmışdırlar. Tədbirin sonunda şagirdlər külək türbini düzəltmiş və kiçik intellektual oyunda iştirak edərək bərpa olunan enerji haqqında biliklərini möhkəmləndirmişdirlər.