Novruz Bayramı

Novruz bayramı xalqımızın ən qədim və sevimli bayramlarından biridir. Hər il olduğu kimi, bu il də məktəbimizdə Novruz şənliyi qeyd olundu. Şagirdlər, müəllimlər və valideynlər birlikdə bu bayramın sevincini yaşadılar.
Şagirdlər milli geyimlərdə çıxış edərək şeirlər söylədilər, rəqslər nümayiş etdirdilər və səhnəciklər göstərdilər. Şənlikdə Kosa və Keçəl obrazları xüsusi maraq doğurdu və iştirakçıları güldürərək bayramın əsl əyləncə ruhunu yaşatdılar.
Məktəb direktoru Nihal Hacıyeva bayram münasibəti ilə çıxış edərək iştirakcilari təbrik etdi, Novruzun dəyərlərindən, onun yeni başlanğıc və bərəkət simvolu olmasndan danışdı.Keçirilən Novruz şənliyi hər kəsin yaddaşında unudulmaz bir bayram kimi qaldı.