Voleybol yarışı

İdman həftəsi çərçivəsində məktəbin IX sinif şagirlərindən ibarət komandası voleybol yarışında iştirak ediblər.Yarış olduqca gərgin və maraqlı keçdi. Oyun zamanı şagirdlər yüksək texniki bacarıqlarını nümayiş etdirdilər.Bu yarış şagirdlərə yalnız idman bacarıqlarını inkişaf etdirmək üçün deyil, həm də bir-birilərinə dəstək olmaq, komanda şəklində işləmək və sağlam rəqabət aparmaq üçün gözəl bir fürsət oldu.