"Şən startlar" oyunu

5 mart - Bədən tərbiyəsi və idman günü ərəfəsində məktəbin IV sinif şagirdləri arasında Şən startlar oyunu təşkil olunub.Oyun müddətində komandalar müxtəlif estafet tapşırıqlarını yerinə yetirərək yarışdılar.Yarışın keçirilməsində məqsəd şagirdlərin fiziki aktivliyini artırmaq, əyləncəli və sağlam rəqabət mühiti yaratmaq, idmana marağını gücləndirməkdir.Sonda iştirakçılara həvəsləndirici medallar, diplomlar və hədiyyələr verildi.