“Bir kitab dünyanı dəyişdirə bilər” “Məktəbdə…”layihəsi çərçivəsində görüş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin qonağı yazıçı-publisist Rövşən Abdullaoğlu oldu. Tədbirin qonağı yazıçılıq fəaliyyətinin ilkin mərhələlərindən, ilham mənbələrindən və bu yolda qarşılaşdığı çətinliklərdən bəhs etdi. Mütaliənin üstünlüklərindən söz açan qonaq şagirdlərə bədii əsərlərdən bəhrələnməyi tövsiyə etdi, kitab oxumağın təkcə bilik əldə etmək üçün deyil, həm də fərqli düşüncə tərzi formalaşdırmaq, yaradıcı olmaq və həyat məqsədlərini müəyyənləşdirmək üçün vacib olduğunu izah etdi. Şagirdlər yazıçının fikirlərini maraqla dinləyərək, sualları ilə müzakirələrə qoşuldular.Layihənin keçirilməsində məqsəd şagirdlərin yaradıcılıq və ədəbiyyata marağını artırmaq, onların intellektual inkişafında mühüm rol oynamaqdır.