“Bir kitab dünyanı dəyişdirə bilər”- Yazıçı Rövşən Abdullaoğlu

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı-publisist Rövşən Abdullaoğlu olub.  

Qonaq məktəb illərindən, müəllimlərinin həyatında oynadığı roldan, yeniyetmə və gənclərin daha çox maariflənməyə ehtiyacı olduğu sahələrdən  söz açıb.

Sosial şəbəkə istifadəçisi olan gənclərin diqqət yetirməli olduğu məqamlardan, informasiya bolluğu içərisində doğru seçim etməyin yollarından bəhs edən R.Abdullaoğlu şagirdlərdə yazı bacarıqlarının  formalaşmasına təsir edən amillərdən, bestsellərə çevrilən əsərlərinin mövzu rəngarəngliyindən danışıb. Mütaliənin üstünlüklərindən söz açan qonaq “Bir kitab nəinki bir insanın taleyini, hətta dünyanı dəyişdirə bilər” deyərək məktəblilərə bədii əsərlərdən bəhrələnməyi tövsiyə edib.

Qonağın söhbətlərini maraqla dinləyən şagirdlər səmimi ünsiyyətdən məmnun olduqlarını ifadə edib, ona çoxsaylı sullar ünvanlayıblar.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi