Birlikdə öyrənib kəşf edirik

Məktəbin şagirdləri Bakı Bilim mərkəzində ekskursiyada olublar. Şagirdlər mərkəzin fəaliyyəti ilə tanış olaraq həm yaradıcılıqlarını, həm də texnoloji bacarıqlarını inkişaf etdirdilər.Mərkəzdə bir-birindən maraqlı və əyləncəli dərslərdə iştirak edərək yeni biliklər əldə etdilər. Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdlərin elmi biliklərini təcrübədə necə tətbiq olunduğunu müşahidə etməyə imkanı yaratmaqdır.