Yaşıl dünya naminə həmrəy Azərbaycan!

Məktəbin biologiya müəllimləri Əliyeva Məsumə və Vəlirzayeva Xatirə tərəfindən V-X sinif şagirdlərinin iştirakı ilə "Yaşıl dünya naminə həmrəy Azərbaycan!" adlı konfrans keçirilib.Konfransda Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin ekologiya dərnəyinin rəhbəri Nərgiz Sultanova, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər. Şagirdlər Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinə aid məruzələrlə çıxış ediblər. Mövzu ilə bağlı slaydlar nümayiş olunub. Konfrans iştirakçılarına bildirildi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək. Ölkəmiz COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək. Şagirdlər sonda “Yaşıl energetika -ekodünya” adlı kompozisiya təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi