“Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin IX Ekoloji Forumu

Məktəbin Ekoklub üzvləri, məktəbin biologiya müəllimi Məsumə Əliyeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” SEM-in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən IX Ekoloji Forumda iştirak edib. Şagirdlər iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində məlumatlarla tanış oldular, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsində iştirak etdilər. Forum iştirakçılarına bildirildi ki, IX Ekoloji Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi