Erkən nikahların fəsadları

2023-2024-cü tədris ilinin fəaliyət planına uyğun olaraq məktəbin psixoloqu Mehparə Şirinovanın təşkilatçılığı ilə valideynlərlə gənclər arasında nikahın və ailənin əhəmiyyəti, qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın, qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici seminar keçirilib. Erkən nikahın səbəbi,uşaq nikahlarının qarşısının alınması üçün tədbirlər açıqlandı. Uşaqların qüsurlu doğulmasında qohum evliliklərin ikiqat riskli olduğu vurğulandı. Sonda Təlimə Dəstək Mərkəzinin psixologiya kabinetinin müdiri Səidə Əhmədovanın dəstəyi ilə çəkilmiş "Talassemiyasız bir həyat" adlı videoçarx nümyiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi