“İnsan Hüquqları müstəvisində İnsan Alveri problemi” mövzusunda maarifləndirici seminar

06.06.2023-cü il tarixində 193 nömrəli tam orta məktəbdə məktəbin psixoloqları tərəfindən VII-VIII siniflərdə “İnsan Hüquqları müstəvisində İnsan Alveri problemi” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd yeniyetmələrin insan hüquqları və insan hüquqlarının pozulması halları barəsində şagirdləri məlumatlandırmaq olmuşdur. BMT-nin İnsan Hüquqları Konvensiyasının əsas prinsipləri, insan hüquq və azadlıqları barədə şagirdlərə ətraflı məlumatlar verildi və hüquqlarımızın qorunması yolları, hüquq pozuntuları yaranan zaman müraciət edilməli olan qurum və təşkilatların fəaliyyəti izah edilmişdir.

Tədbirin ikinci hissəsində insan hüquqları müstəvisində insan alveri haqqında danışıldı. Psixoloqlarımız insan alverinin izahlı tərifini verərək, insan alverinin növləri, insan alverinə cəlb olunma yolları barədə ətraflı məlumatlar verdilər. İnsan alveri ilə mübarizə üçün hökümət və qeyri-hökümət təşkilatlarının fəaliyyəti də şagirdlərin diqqətinə çatdırıldı. “152” qaynar xətt barəsində şagirdləri məlumatlandırıldı.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi