BRAİN RİNG

Bilik yarışı və rəqabətin öyrənmə prosesində müsbət tərəfləri olduqca böyükdür.Bilik yarışı və rəqabət şagirdlərin motivasiyasını yüksəldir, onların daha çox səy göstərməsinə səbəb olur. Tez-tez yarışlarda, imtahanlarda iştirak edən şagirdlərə diqqət yetirdikdə onların oxumağa daha həvəsli olduqlarını görə bilərik. Digər tərəfdən bu şagirdlərin beynini daha aktiv saxlayır və onlar yeni bilikləri asan mənimsəyirlər. Bu həftədən etibarən məktəbimizin şagirdləri ilə "Qaliblər sıramızdadır" devizi altında Brain Rinq bilik yarışlarına start verildi. Bilik yarışı məktəbin Uşaq Birliyi Rəhbəri Aysel Təhməzovanın rəhbərliyi altında təşkil olundu. İlk öncə yarış 8- ci siniflər arasında təşkil olundu. Bilik yarışmalarında daimi olaraq iştirak edən şagirdlər, hər gün yeni biliklər öyrənirlər və beyinlərini aktiv saxlayırlar. Yarışlarda iştirak onların həvəs və motivasiyasını artırır, həmçinin öyrənmə qabiliyyətlərini inkişaf etdirir. Bir növ yeni biliklər əldə etmək onlar üçün vərdişə çevrilir. Bilik yarışlarında iştirak etmək şagirdlərin istedad və yüksək səviyyədə dünyagörüşlərini ortaya çıxarır, stresli mühitdə özlərini idarə edə bilmək qabiliyyətlərini formalaşdırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi