Kiçik Akademiya

BİLİK YARIŞI"Kiçik Akademiya"nın üzvləri arasında keçirilən bilik yarışı şagirdlər arasında xüsusi marağa səbəb olur. Müxtəlif kafedraların şagirdləri arasında keçirilmiş bilik yarışı yaddaqalan yarışlardan oldu. Bu dəfə yarışda 7 ci siniflər öz biliklərini nümayiş etdirdilər. Müxtəlif kafedraların şagirdləri arasında təşkil edilmiş işgüzar səs-küy, müzakirələr əsasında yarış nümayiş etdirdilər. Məqsədimiz aralarında dostluq münasibətlərinin qurulması, daha böyük hədəflərə doğru birlikdə addım atmaqlarıdır.

Ətraflı

BRAİN RİNGMəktəbin "Kiçik Akademiya"sının üzvləri arasında “brain ring” intellektual oyun təşkil etdik. Müxtəlif kafedraların şagirdləri işgüzar səs-küy, müzakirələr əsasında yarış nümayiş etdirdilər. Məqsədimiz aralarında dostluq münasibətlərinin qurulması, daha çox gözəlliklərə birlikdə addım atmaqlarıdır.

Ətraflı

" KİÇİK AKADEMİYA - FİZİKA KAFEDRASI" " DOSTLUQ- BİLİK " YARIŞMASI.Məktəbimizdə Kiçik Akademiyanın" Fizika kafedrası"nın rəhbərliyi altında fizika fənnindən “Dostluq- Bilik” yarışması təşkil olundu. Komandalar zala vətənpərvərlik musiqi sədaları altında daxil oldular. Yarışmada məktəbin fizika müəllimi Ləman Abdullayeva və Kiçik Akademiyanın prezidenti Təranə Mehdiyeva münsiflər heyəti kimi çıxış etdilər. Yarışda Vl sinif şagirdlərindən ibarət “Cazibə” , “Evrika” , “Fyuzis”, “Enerji”, " Kvant", " Maqnit " qrupları öz biliklərini nümayiş etdirdilər. Yarışın əsas məqsədi Vl siniflərin bilik səviyyəsini öyrənmək , fizika fənnini sevdirmək idi. Yarışmanın həvəslədirici tərkibində əyləncəli intelektual yarışlar keçirildi.

Ətraflı

BRAİN RİNGBilik yarışı və rəqabətin öyrənmə prosesində müsbət tərəfləri olduqca böyükdür.Bilik yarışı və rəqabət şagirdlərin motivasiyasını yüksəldir, onların daha çox səy göstərməsinə səbəb olur. Tez-tez yarışlarda, imtahanlarda iştirak edən şagirdlərə diqqət yetirdikdə onların oxumağa daha həvəsli olduqlarını görə bilərik. Digər tərəfdən bu şagirdlərin beynini daha aktiv saxlayır və onlar yeni bilikləri asan mənimsəyirlər. Bu həftədən etibarən məktəbimizin şagirdləri ilə "Qaliblər sıramızdadır" devizi altında Brain Rinq bilik yarışlarına start verildi. Bilik yarışı məktəbin Uşaq Birliyi Rəhbəri Aysel Təhməzovanın rəhbərliyi altında təşkil olundu. İlk öncə yarış 8- ci siniflər arasında təşkil olundu. Bilik yarışmalarında daimi olaraq iştirak edən şagirdlər, hər gün yeni biliklər öyrənirlər və beyinlərini aktiv saxlayırlar. Yarışlarda iştirak onların həvəs və motivasiyasını artırır, həmçinin öyrənmə qabiliyyətlərini inkişaf etdirir. Bir növ yeni biliklər əldə etmək onlar üçün vərdişə çevrilir. Bilik yarışlarında iştirak etmək şagirdlərin istedad və yüksək səviyyədə dünyagörüşlərini ortaya çıxarır, stresli mühitdə özlərini idarə edə bilmək qabiliyyətlərini formalaşdırır.

Ətraflı

Lütfi Zadə adına məntiq olimpiadası26 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi təşkil edilmişdir. Şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri müəyyənləşdirmək məqsədiylə keçirilən bilik yarışına iştirakçıların 60 nəfərinin qalib elan edilməsi qərara alınmışdır. Məktəbimizin şagirdi Seljan Alagezov Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsində birincilik əldə etmişdir.Məktəb rəhbərliyi tərəfindən şagirdimiz diplom və hədiyyələrlə mükafatlandırılmışdır. Şagirdimizin qazandığı uğurda əməyi keçən ibtidai sinif müəllimi Samirə Əliyeva və valideyn Rauf Alagezov da rəhbərlik tərəfindən diplomlarla təltif edildilər. Qazandığı uğur münasibətilə şagirdimizi və müəllimlərini təbrik edirik.

Ətraflı

Coğrafiya üzrə olimpiadaRespublika Fənn olimpiadasının final mərhələsində məktəbimizin şagirdi Mirsaleh Məmmədov coğrafiya fənni üzrə iştirak etmişdir. Olimpiadanın nəticələrinə əsasən Mirsaleh Məmmədov ikinci yerə və gümüş medala layiq görülmüşdür. Şagirdimiz qazandığı uğur münasibətilə məktəb rəhbərliyi tərəfindən diplomla və hədiyyə ilə təltif edilmişdir. Həmçinin şagirdimizin ibtidai sinif müəllimi Qəminə Məhərrəmova, coğrafiya müəllimi Aynurə İbrahimova və təlim, tərbiyəsində diqqət və qayğı göstərən valideyni Gülmirə Məmmədova rəhbərlik tərəfindən diplomlarla təltif edilmişdir.

Ətraflı

Qazi ilə görüşAzərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021 ci tədris ili üçün Fəaliyyət Planına,məktəbimizin tədbirlər planına uyğun olaraq 4e sinif şagirdləri "Qazilərlə görüşlərin təşkili" ilə əlaqədar Qarabağ müharibəsi qazisi Məmməd Mustafa oğlu ilə onlayn görüş təşkil etmişdir. Görüşdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Mehdiyevada iştirak etmişdir.

Ətraflı

Nizami GəncəviNizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Ən yaxşı şeir ifaçısı" adlı müsabiqənin final mərhələsi keçirildi. Final mərhələsinə vəsiqə qazanan şagirdlərimiz münsiflər heyəti tərəfindən müəyyən olundu. Sonda rəhbərlik tərəfindən çıxışları ilə seçilən şagirdlər diplomlarla mükafatlandırıldı.

Ətraflı

Beynəlxalq olimpiadaMəktəbimizin şagirdi Mirsaleh Məmmədov Coğrafiya fənni üzrə Beynəlxalq Olimpiadada Azərbaycanı təmsil edəcək qrupa seçilmişdir. Şagirdimizə uğurlar arzu edirik.

Ətraflı

Yazar ilə görüşReyhan Yusifqızı uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. 27 aprel tarixində Reyhan Yusifqızı ilə məktəbimizin 1"d" sinif şagirdləri arasında onlayn görüş təşkil edilmişdir. Uşaqlar üçün onların başa düşəcəyi dildə əsər yazmaq məsuliyyət tələb edir. Bu baxımdan Reyhan xanım çağdaş dövrümüzdə uşaqların, xüsusilə də şagirdlərimizin sevə-sevə mütaliə etdiyi müəlliflərdəndir.” Birincilərin yazar haqqında məlumatlı olmağı, hekayələrinin şagirdlər tərəfindən səsləndirilməsi qonağımızı olduqca məmnun etdi.

Ətraflı

Riyazi Məntiq olimpiadasıMəktəbimizin 5-ci sinifləri arasında riyazi məntiq olimpiadası keçirildi.Olimpiadanı məktəbin riyaziyyat müəllimləri Aynur Məmmədova və Nərmin Abdullayeva təşkil etmişdir. Olimpiadanın obyektiv şəkildə keçirilməsinə Təlim tərbiyə işləri üzrə direktor müavini Mehriban Hacıyeva tərəfindən nəzarət həyata keçirilmişdir. Yüksək nəticə əldə etmiş şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif edilmişdir.

Ətraflı

Boyaların sehrindəPrezident İlham Əliyevin 2021 ci ili Nizami Gəncəvi ili elan etməsi ilə əlaqədar ümumtəhsil müəssisələrində şairin həyat və yaradıcılığını özündə əks etdirən silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında şagirdlərin əl işlərindən ibarət sərgilər də xüsusi yer tutur. Şairin əsərlərindən parçalar şagirdlər tərəfindən boyalarla təsvir olunur.

Ətraflı

Açıq dərs8"C" sinfində məktəbin coğrafiya müəllimi Tutayuq Nigar Microsoft Teams platforması üzərindən "Ətraf mühiti çirkləndirən mənbələr və mühafizə yolları" mövzusunda açıq dərs təşkil etmişdir.

Ətraflı

Açıq dərs5 "d" sinfində Azərbaycan tarixi fənnindən Elxan İsmayılov İstiqlalımızın bərpası mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə rəhbəri iştirak etmişdir.

Ətraflı

Açıq dərs4c sinfinin sinif rəhbəri MAHMUDOVA ŞƏHLA Azərbaycan dili dərsindən "Bağban sincab" mövzusunda distant şəklində açıq dərs verdi. Şagirdlər çox fəal iştirak edirdilər. Maraqlı resurslardan istifadə olunmuşdu.

Ətraflı

Şahmat yarışı25 may 2019-cu il tarixdə məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiya üzv olan şagirdlər arasında şahmat yarışı keçirildi.Qalib gəlmiş şagirdlər diplom və sertifikatlarla mükafatlandırıldı.

Ətraflı

Kimya Yarışı192№-li məktəbin 7-ci sinifləri arasında Kimyadan Bilik yarışı keçirildi.

Ətraflı

Həyat bilgisi fənnindən açıq dərs30 aprel tarixində məktəbimizin 5b sinfində açıq dərs keçirildi.

Ətraflı

Hüseyn Cavidin "ANA" dramıMəktəbimizin şagirdləri tərəfindən Hüseyn Cavidin "ANA"dramı səhnələşdirildi.

Ətraflı

Mütailəni həyat tərzinə çevirəkİntelektuall səviyyənin yüksəldilməsi.Aprel aynın sonlarında məktəbimizin şagird kollektivinin iştirkaı ilə şagirdlərin bədii,elmi- kütləvi,ictimai-siyasi ədəbiyyat nümunələrinin mütailəsinə həvəsləndirilməsi məqsədi ilə “Mütailəni həyat tərzinə çevirək” devizi altında Oxu günü keçirilib.

Ətraflı

“KİÇİK AKADEMİYA” HAQQINDA ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı

“KİÇİK AKADEMİYA” NIN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİMATLANDIRICI GÖRÜŞ KEÇİRİLDİBakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun Baş məsləhətçisi Sevinc Əzimovanın məktubuna əsasən 29 aprel 2019-cu il tarixində məktəbimizin iştirakı ilə 311 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” nın təşkilatçılığı ilə təlimatlandırıcı görüş keçirildi.Tədbirdə Sabunçu rayonunun 4,69,71,75,81,192, 215,307 və 311 nömrəli məktəblərinin məsul şəxsləri iştirak edirdi.Məqsəd həmin təhsil müəssisələrində “Kiçik Akademiya”ların işini genişləndirmək,fəaliyyətini gücləndirmək idi.Seminarda 112 nömrəli tam orta məktəbin”Kiçik Akademiya”sının prezidenti Sərxan Şahverdiyev çıxış edərək təşkilatın yaranması,iş prinsipi,sturukturu haqqında geniş məlumat verdi. Seminarda qərara alındı ki, 112 nömrəli tam orta məktəbin rəhbərliyi ilə həmin məktəblərdə mütəmadi seminarlar təşkil olunsun.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri S...

BİZİM FƏXRLƏRİMİZ

Ayna Məmmədova Famil

Mirsaleh Məmmədov Mircəlal

HAQQIMIZDA

Bakı şəhəri S...

BİZİM FƏXRLƏRİMİZ

Ayna Məmmədova Famil

Mirsaleh Məmmədov Mircəlal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi