HAQQIMIZDA

Bakı şəhəri Sabunçu rayo­nun­da yerləşən 192 nömrəli tam orta mək­təb 1936-cı ildən etibarən fəaliyyət göstərir. Məktəbdə təhsil alan ibti­dai sinifləri üç növbəli, yuxarı siniflərimiz isə iki növbəlidir. 6 günlük təhsil sis­temi ilə fəaliyyət göstəririk .Məktə­bin layihə tutumu 850 yer­lik­dir. Hazırda məktəbdə 2281 şagird təh­sil alır. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur.

       Məktəbin güclü pedaqoji kadr potensialı var. Məktəbin yüzlərlə məzunu ali təhsil alıb, respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz töhvəsini vermişdir. Məktəb yetişdirdiyi şagirdlərlə həmişə fəxr edib. 192 nömrəli məktəb ali məktəbə şagird qəbulu üzrə Sabunçu rayon məktəbləri arasında yüksək nəticələri ilə öndə olmuşdur. Ali məktəblərə qəbul imtahanında 192 nömrəli məktəbin məzunları daim uğurlar əldə edib. 2017-2018 ci tədris ilinin tələbə qəbulunda Anar Kərimxanov IV qrup üzrə 700 bal toplayaraq yüksək nəticə əldə etmişdir. Həmin il məzunlarımızdan 8 nəfər 600 baldan yuxarı bal toplamışdır. 2018-2019-cu tədris ilində 4 məzunumuz 600 baldan yuxarı nəticə göstərmiş, Səbinə Zülfiyeva isə blok imtahanında maksimum nəticə-400 bal toplayaraq uğur əldə etmişdir.Bununla yanaşı sinfimizdən birinin bütün şagirdləri tələbə adını qazanmışdır. Ümumilikdə isə 61 məzunumuz tələbə adı qazanmışdır. 2019-2020-ci tədris ilində 70 məzunumuz tələbə adı qazanmış, onlardan 9 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir, Rəvan Namazov isə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.7 bal əldə etmişdir. 2020-2021-ci tədris ilində 106 məzundan 90 nəfəri ali təhsil müəssisələrinə sənəd vermiş, 73 məzun tələbə adını qazanmışdır. Ümunilikdə qəbul faizimiz 81% olmuşdur. Məzunumuz Mirsaleh Məmmədov II ixtisas qrupu üzrə blok imtahanında maksimum nəticə-400 bal toplayaraq uğur əldə etmişdir. Bununla yanaşı M. Məmmədov RFO-da II yerə layiq görülmüş, Coğrafiya fənni üzrə Beynəlxalq Avropa olimpiadasında Azərbaycanı təmsil edəcək qrupda iştirak hüququ qazanmışdır. Məktəbimizdə hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. 27 sentyabr 2020-ci il tarixində başlamış II Qarabağ müharibəsində canından keçərək şəhid olmuş-Adışov Qüdrət, Eyvazlı Rüfət, Qasımov Kamran, Muradov Siyavuş, Nudirəliyev Zaur kimi daim qəlblərdə yaşayan məzunlarımız var. Məktəbimizin kollektivi məktəb və məktəbdən kənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edirlər. Ötən il məktəb rəhbərliyinin pedaqoji heyəti birgə təşkilatçılığı ilə məktəbimizdə “Zəfər tarixi” muzeyi yaradılmışdır. Bununla yanaşı ibtidai siniflər üçün “Nağıllar aləmi” təşkil olunmuşdur.

Şagirdlərimiz müxtəlif idman növləri ilə məşğul olur və uğurlar qazanırlar.Məktəbin idarə olunmasında təlim-tərbiyə prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. Məktəbdə bədii ədəbiyyat və eləcə də dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılmışdır. Məktəb 2017-2018-ci tədris ilində əsaslı təmir edilib. 13 sentyabr 2018-ci il tarixində Prezident İlham Əliyev məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanmaq üçün məktəbə gəlmişdir. Dövlət başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetləri və sinif otaqlarında yaradılan şəraitlə tanış olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi