Lütfi Zadə adına məntiq olimpiadası

26 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi təşkil edilmişdir. Şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri müəyyənləşdirmək məqsədiylə keçirilən bilik yarışına iştirakçıların 60 nəfərinin qalib elan edilməsi qərara alınmışdır. Məktəbimizin şagirdi Seljan Alagezov Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsində birincilik əldə etmişdir.Məktəb rəhbərliyi tərəfindən şagirdimiz diplom və hədiyyələrlə mükafatlandırılmışdır. Şagirdimizin qazandığı uğurda əməyi keçən ibtidai sinif müəllimi Samirə Əliyeva və valideyn Rauf Alagezov da rəhbərlik tərəfindən diplomlarla təltif edildilər. Qazandığı uğur münasibətilə şagirdimizi və müəllimlərini təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi