Xarici dil aylığı çərçivəsində dərsdinləmə keçirildi

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə xarici dil aylığıdır. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Aylığın tədbirlər planına uyğun olaraq aprelin 23-də ingilis dili müəllimi Gülnar Süleymanovanın 5j sinfində keçirdiyi dərs dinlənildi. Dərsdə şagirdlər komandalar şəklində Azərbaycanın milli atributları, tarixi abidələri və milli mətbəxinə həsr edilmiş təqdimatlar hazırladılar.

#191mekteb #Xaricidilaylığı #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #NümunəviDərs #virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi