Olimpiada və fənn müsabiqələrində yüksək nəticə göstərən şagirdlər təltif edildilər

    Martın 29-da Respublika Fənn Olimpiadasının final, Lütfi Zadə adına riyaziyyat-məntiq və Respublika fənn müsabiqəsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirildi. Görüşün məqsədi növbəti mərhələ üçün şagirdlərə müvafiq tövsiyələr vermək və uğurlu nəticə göstərdikləri üçün onların fəaliyyətini stimullaşdırmaq idi.

Qeyd edək ki, lX-Xl sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadasında 1 şagirdimiz final, V sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası üzrə 2 şagirdimiz, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Məktəblilərarası fənn müsabiqələrində 7 şagirdimiz yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

Şagirdlərimizi və onların müəllimlərini təbrik edir, növbəti mərhələdə də uğurlar arzu edirik.

#191mekteb #ElmVəTəhsilNazirliyi #MÜTDA #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb191 #Məktəb #Müəllim #Şagird #virtualməktəb #fəalməktəb #RFO #RMO #RFM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi