Şagirdlər MSN-in istehsal etdiyi silah-sursatla tanış olublar

   Martın 14-də şagirdlərimiz məktəbin hərbi rəhbərinin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrindən birinə məktəblilər üçün təşkil edilmiş növbəti infoturda iştirak etdilər. MSN və BŞTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilən infoturda şagirdlər Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlarla tanış olublar və müəssisənin inzibati ərazisində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Şagirdlər Heydər Əliyev muzeyində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Bununla yanaşı, MSN-in tabeli birlik və müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursat, eləcə də müasir texnoloji məmulat nümunələrinin bir qismi haqqında ətraflı məlumat verilib. Mütəxəssislər şagirdləri maraqlandıran sualları cavablandırıblar.

#BakıTəhsilİdarəsi #MSN #191məktəb #fəalməktəb #virtualməktəb #şagird #məktəb #EduAz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi