Olimpiya dərəcəli hakim şagirdlərlə görüşdü

    Martın 14-də məktəbimizin məzunu Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov məktəbimizin idmançı şagirdləri ilə görüş keçirtdi.

Görüşdə ölkəmizi beynəlxalq idman yarışlarında ləyaqətlə təmsil edib ədalətli qərarları ilə dövlətimizə və xalqımıza nüfuz qazandıran Fariz Hüseynov əldə etdiyi uğurlar barəsində çıxış etdi və idman həyatında ilk addımlarını atan şagirdlərə tövsiyələrini verdi. Bununla yanaşı, şagirdlərin nailiyyətləri və gələcək hədəfləri dinlənilmiş ünvanlanan sualları cavablandırılmışdır.

Qeyd edək ki, Fariz Hüseynov indiyə kimi yüzlərlə beynəlxalq yarışmalarda orbitr kimi ölkəmizi şərəflə təmsil edib və dünyada beynəlxalq dərəcəli ən gənc hakim olması ilə fərqlənmişdir.

#191məktəb #ElmvəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi #Judoaz #fəalməktəb #virtuslməktəb #Təhsilforumu #EduAz #BakuEduAz #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi