Ölkəmizi tanıyaq
Nəsimi rayon icra hakimiyyəti bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 14-17 noyabr 2018-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə Nəsimi rayon məktəblərindən olan şagirdləri Gəncə-Şəmkir - Göygöl rayonlarına tur aksiyasını təşkil etdilər.Tur aksiya ilə əlaqədar 14 noyabr tarixində yola salma mərasimi keçirildi.
Məktəbimizin 9-cu sinif şagirdləri Salayeva Əzizə və Qənbərov Nihat ”Ölkəmizi tanıyaq” layihəsinə iştirakçı kimi qatıldılar.
Əvvəlcə tur aksiya iştirakçıları Vaqif prospektindəki mövcud yaşıllıq zolağında həmişəyaşıl ağaclar əkdilər.Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzdülər.Yola salma mərasimində çıxış edən məktəbimizin direktoru Akif Əliyev göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdi və şagirdlərə uğur arzuladı.
Sonra məktəblilər xatirə şəkilləri çəkdirdi və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salındılar.