Quba kütləvi məzarlığına ekskursiya
Cənab prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsiylə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir,müxtəlif tarixi yerlərə ekskursiyalar təşkil edilir.Belə ekskursiyalardan biri məktəbimizin biologiya müəllimi Sədaqət Qurbanova,onun rəhbərlik etdiyi 10”B” sinif şagirdləri və məktəblinin dostu layihəsinin nümayəndələri tərəfindən təşkil edildi.Məlum olduğu kimi Quba kütləvi məzarlığı — Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqdır.Burada 1918 ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar və yəhudilər basdırılıb. Indiyənədək burada 400 insan qalığı tapılıb.Məktəbimizin şagirdlərinə bu məzarlıq haqqında ətraflı və əyani bilgilər vermək və milli vətənpərvərlik hissinin düzgün aşılanması məqsədilə təşkil olunan ekskursiya böyük əhəmiyyət kəsb edir.
Bu il insanlığa sığmayan soyqırımın törədilməsindən 100 il ötür.Bunu nəzərə alaraq şagirdlərimiz və müəllimlərimiz belə bir vacib ekskursiyanın təşkilinə təşəbbüs göstərdilər və may ayının 13-də Quba kütləvi məzarlığı ziyarət edildi.Daha sonra məktəb kollektivi Quba rayonunun digər görməli tarixi yerlərini ziyarət etdilər.Ekskursiyaya rəhbərlik edən Sədaqət müəlliməyə və iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.