Son Zəng tədbiri keçirildi

            İyun ayının 14 – də ölkə ərazisində yerləşən bütün ümumtəhsil məktəblərində olduğu kimi Bakı şəhəri M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə də təntənəli Son zəng tədbiri keçirilib. Müvafiq təlimata və əmrə əsasən bütün təhlükəsizlik qaydaları gözlənilməklə təşkil olunan Son Zəng tədbiri 11  -cilərin maraqlı çıxışları, fərqli təqdimatları ilə yadda qalıb.

            Tədbirdə məktəb kollektivi, təqaüdçü müəllimlər, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı,valideynlər iştirak ediblər. Əvvəlcə tədbirin rəsmi hissəsində məktəbin direktoru Nailə xanım Cəfərova tədbir iştirakçılarını salamlayıb, 11 – ciləri bu əlamətdar gün münasibətilə təbrik edib. Eləcə də qonaq qismində çıxış edən NİH əməkdaşı Kənan Namazov da 11 – cilərə öz ürək sözlərini, təbriklərini bildirib. Tədbirin gedişatında təhsil aldığı müddətdə nizam – intizamı, nümunəvi davranışı və buraxılış imtahanında yüksək nəticəsinə görə bir qrup 11 – ci sinif şagirdi məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Daha sonra tədbirin bədii hissəsi başlayıb.

            Qeyd edək ki, bu il məktəbin 108 nəfər şagirdi 11 –ci sinfi bitirərək məzun adını alıb. Məzunları təbrik edir, həyatlarının növbəti mərhələsində onlara uğur arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi