"Şahin" hərbi - idman yarışında II yer

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu hər il ənənəvi olaraq ayrı - ayrı rayon məktəbli gəncləri arasında keçirilir. Bu il də Nəsimi rayonu məktəblərindən olan VIII - X sinif şagirdləri arasında keçirilən "Şahin" hərbi - idman yarışında məktəbimizin komandası uğurla çıxış edib. Belə ki, yarışda iştirak edən 23 nömrəli tam orta məktəbin şagirdləri birinci yeri, 19 və 211 nömrəli tam orta məktəbin şagirdləri isə müvafiq olaraq ikinci və üçüncü yerlərin qalibi olublar. Məktəbin direktoru Nailə Cəfərova, GÇHH rəhbəri İslam Əzimov və məktəbin "Şahin" komandasının üzvləri Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən 23 nömrəli tam orta məktəbdə təşkil edilən mükafatlandırma mərasimində iştirak ediblər. 

Məktəbin "Şahin" komandasının mübariz üzvlərini rayon ikinciliyi münasibətilə ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi