Şəhidlər ölməz!

            27 Sentyabr Anım Günü ilə əlaqədar məktəbdə silsilə tədbirlər həyata keçirilib. İlk dərs Anım gününə həsr olunub. Bütün siniflərdə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub. Ayrı – ayrı siniflərdə təşkilat saatları keçirilib.

            Anım Günü ilə əlaqədar məktəbin həyətyanı sahəsində şagirdlərin iştirakı ilə ağaclar əkilib. 27 sentyabrda Anım günü ilə əlaqədar məktəbin istedadlı şagirdlərinin hazırladıqları vətənpərvərlik mövzusunda kompozisiya daha sonra Nəsimi rayonu İcra Hakimiyyətinin Zəfər Bağında təşkil etdiyi tədbirdə nümayiş olunub. Tədbirdə məktəbin şəhid məzunu Rauf Əliyevin valideyninə məktəb kollektivi adından yazılmış təşəkkür məktubu təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi