Şagirdimiz Hacı Kərimov Avropa çempionu oldu!

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.  Hacı Kərimov əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib – 10:0.1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə ilə Kərimov yarımfinala yüksəlib. Daha sonra fransalı Ubayda İtayevə heç bir şans tanımayan(12:0) idmançı şagirdimiz finalda erməni idmançıya qalib gələrək çempion adını qazanıb.

Çempion şagirdimizi bu idman uğuru münasibəti ilə ürəkdən təbrik edir, idmanın ən yüksək zirvəsinə ucalmağı arzulayırıq.

Bizə qürurlu anlar yaşatdığın üçün təşəkkürlər, Hacı! Uğurların davamlı olsun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi