Əlvida, məktəb!

Ölkənin bütün ümumtəhsil məktəblərində olduğu kimi Nəsimi rayonu M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə də 2022 - 2023 - cü tədris ilinin 14 iyun tarixində Son Zəng tədbiri keçirildi. Tədbirdə qonaq qismində məktəbin məzunu olmuş şəhid Rauf Əliyevin atası Səxavət Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı Müşfiq Kərimli iştirak etdi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Nailə Cəfərova çıxış edərək hər kəsi salamladı, məzunları təbrik etdi və sözü qonaqlara verdi. Daha sonra 11- cilərin təqdimatında Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kompozisiya təqdim edildi. 11 "A", 11 "B", 11 "C" və 11 "Ç" sinif şagirdlərin rəngarəng çıxışları tədbiri daha maraqlı və baxımlı etdi. "Bilik açarı"nın təqdimatından sonra 1-ci sinif şagirdləri sonuncu zəngi çaldılar. Bununla da Son Zəng tədbiri bağlı elan olundu.

Bütün məzunları təbrik edir, həyat yollarında onlara uğur arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi