“Kiçik Akademiya”ların konfransı keçirildi

Mayın ayının 23 - də Nəsimi rayonu 54 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən "Kiçik Akademiya"ların konfransı keçirildi. Məktəbin X sinif şagirdi, KA - nın təbiət bölməsinin üzvü Gültəkin Rəcəbova, təlim - tərbiyə işləri üzrə direktor müavini Kəmalə Piriyeva və KA - ya məsul şəxs, təşkilatçı müavin Ülviyyə Məmmədova həmin konfransda iştirak etdi. Qeyd edək ki, şagirdimiz konfransda "İçməli su problemi" adlı təqdimatı ilə çıxış etdi. Konfransın sonunda təqdim olunan 20 məktəb arasında ən çox bəyənilən 7 iş ümumi səsvermə yolu ilə seçilərək BŞTİ - nə göndərildi. Qalib məktəbləri (1, 9, 42, 44, 54, 240, THL ) ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi