Ulu Öndər Heydər Əliyevə həsr edilmiş konfrans

Aprel ayının 7 – də məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100  illik yubileyinə həsr edilmiş konfrans keçirildi. Dövlət himninin səslənməsindən sonra  məktəbin tarix müəllimlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən konfransda bir neçə mövzu üzrə məruzələr dinlənildi. Belə ki, məktəbin tarix müəllimləri: Vəfa Heydərova “Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəşilik siyasəti qələbəmizin təməlidir”, Piri Arzu “ Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur”, İradə Hüseynli “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” Sona Əsgərova “Heydər Əliyev və gənclər siyasəti”, Gülnarə Məmmədova isə “ Heydər Əliyev və təhsilimiz” mövzusunda hazırladıqları məruzələrini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Daha sonra məktəbin 10 “C” sinif şagirdləri Həsənli Aqşin və Musayeva Bahar “Heydər Əliyevin Azərbaycan SSR – də hakimiyyətə gəlməsi” mövzusunda birgə hazırladıqları təqdimatla çıxış etdilər. Eyni zamanda təqdimata uyğun hazırlanmış videoçarx  nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi