20 Yanvar - Hüzn və Milli Qürur Günümüz
Yanvar ayının 18 – də məktəbdə 20 Yanvar faciəsinin 33 – cü ildönümü ilə əlaqədar tədbir təşkil olundu. Tədbirdə Nəsimi rayon İcra hakimiyyətinin başçısı, müavinləri, Nəsimi rayon sakinləri olan şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qaziləri, məktəbin valideyn, müəllim və şagird heyəti iştirak etdi. Eyni zamanda tədbir zamanı məktəbin məzunu, Vətən müharibəsi şəhidi Rauf Əliyevin xatirə lövhəsinin açılış mərasimi baş tutdu.
Məktəbin akt zalında təşkil edilən tədbir dövlət himninin səslənməsi ilə başlandı. Daha sonra 20 Yanvar şəhidləri, o cümlədən vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin gedişatında şagirdlər müxtəlif kompozisiyalar, vətənpərvərlik ruhunda şeirlər, mahnılar və səhnəciklər təqdim etdilər. Xalqımızın 20 Yanvardan başlayan müstəqillik və azadlıq yolunda apardığı haqq mübarizəsində, həmçinin I və II Qarabağ müharibəsində adını tarixə yazdıran vətən oğulları haqqında ətraflı məlumatlar verildi. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyevin bu günkü gündə xalqımızın qazanmış olduğu böyük zəfərin əldə olunması üçün göstərdikləri misilsiz xidmətlərindən söhbət açıldı.
Tədbirin sonunda çıxış üçün söz NİH başçısı Asif Əsgərova verildi. Tarixi faktlara və məlumatlara əsaslan geniş və mənalı nitqindən sonra Asif müəllim Nəsimi rayon şəhid ailələri qarşısında baş əyərək onlara ehtiramını göstərdi, tədbirin yüksək səviyyədə təşkilinə görə isə məktəb rəhbərliyinə təşəkkür etdi.