Fəsilləri tanıyaq

27.12.22 - ci il tarixdə "Biliyini paylaş" layihəsində iştirak edən müəllimlər üçün mentor Nəzakət Osmanova tərəfindən növbəti layihə əsaslı dərs keçirildi. Dərsdə layihəyə üzv müəllimlər və məktəb rəhbərliyi iştirak etdi. Şagirdlər çox həvəslə işlərini təqdim etdilər. Mövzu "Fəsillər" olduğu üçün şagirdlər qruplara bölünmüş şəkildə hər fəsli xüsusiyyətlərini mükəmməl şəkildə göstərdilər və rolu oyunlar qurdular. 4 fəsli bir arada görmək, sanki onları yaşamaq və bunu dərsi dinləyənlərin hər birinə hiss etdirmək şagirdlərin yüksək səviyyədə motivasiya olunmasının və idrak fəallığının göstəricisidir. etdilər. Onların təqdimetmə və əməkdaşlıq bacarıqları rəhbərlik tərəfindən çox yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi