Zəfərin mübarək, Vətən!
Məktəbin ədəbiyyat müəllimi Çimnaz Mirzəyeva rəhbərlik etdiyi 6 “Ə” sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir hazırladı.Tədbir noyabr ayının 4 – də məktəbin akt zalında pandemiya qaydaları gözlənilməklə təşkil edildi. Tədbirdə məktəb rəhbərliyi, Vətən müharibəsi iştirakçısı olmuş məzunlar və müəllimlər iştirak etdilər.
Tədbir vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı, daha sonra dövlət himni səsləndirildi. Şagirdlər tədbir boyunca maraqlı kompozisiyalar, səhnəciklər və şeir nümunələri təqdim etdilər. Zəfər Gününə qədər uzanan 44 günlük şərəfli tariximizdən ətraflı söhbət açıldı.
Tədbirdə məktəbin məzunu, Vətən müharibəsi iştirakçısı, göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” və digər 3 medalla təltif olunmuş Eldar Mirzəyevə söz verildi. Eldar öz nümunəvi döyüş yolundan danışdı, onun vətənpərvər kimi böyüməsində əməyi olan müəllimlərinə təşəkkür etdi. Daha sonra məktəbin direktoru Nailə Cəfərova çıxış edərək şagirdləri Zəfər Günü münasibəti ilə təbrik etdi, onlara əsl vətəndaş, layiqli vətən övladları olmağa arzuladı.