Aşıq Ələsgər və Azərbaycan folkloru
Məktəbdə Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar VII – X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda oktyabr ayı ərzində müxtəlif nominasiyalar üzrə müsabiqənin məktəb mərhələsi keçirildi. Müsabiqə şeir, esse və təsviri incəsənət istiqamətləri üzrə təşkil olundu. Müsabiqənin təşkilində məktəbin kitabxana müdiri, UBTR və fənn müəllimləri yaxından iştirak etdilər. Yaradılmış təşkilat komitəsinin yekun rəyinə əsasən ən yaxşı işləri təqdim edən şagirdlər qalib elan olundu.
“Yaradıcı iş” nominasiyasında təsviri incəsənət istiqaməti üzrə 9 “B” sinif şagirdi Əliyev Yaqub, şeir istiqaməti üzrə 7 “A” sinif şagirdi Nuriyeva Gülay, esse istiqaməti üzrə 9 “C” sinif şagirdi Məmmədli Fatimə şəhər mərhələsinə vəsiqə qazandılar. Qalibləri təbrik edir, şəhər turunda onlara uğur arzulayırıq.