Yeni dərs ili başlandı

            22 sentyabr tarixdə ibtidai təhsil pilləsi üzrə ölkə ərazisində ənənəvi dərslərə start verildi. Covid – 19 pandemiyası ilə əlaqədar 2021 – 2022 – ci tədris ilinin başlanması münasibətilə məktəbdə qaydalara uyğun olaraq kütləvi tədbir keçirilmədi. Rəsmi formada təkcə 1 – ci sinif şagirdlərinin iştirakı ilə 30 dəqiqəlik “ Salamlama” tədbiri təşkil olundu.

            Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra isə vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Nailə Cəfərova çıxış edərək şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Birinci sinif şagirdləri hazırladıqları şeir parçalarını ifa etdikdən sonra ilk zəngin sədaları altında şagirdlər spirtlənərək məktəb binasına daxil oldular.

            İlk dərs gününün ilk dərsləri bütün siniflər üzrə “Qarabağ Azərbaycandır” mövzusuna həsr edildi. Bununla əlaqədar sinif müəllimləri şagirdlərə ətraflı məlumat verdilər. Həmçinin şagirdlərin vətənpərvərlik mövzusunda əzbərlədikləri şeirləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi