Məktəbdə Son Zəng tədbiri keçirildi

            İyun ayının 14 – də karantin rejimi qaydaları gözlənilməklə, eyni zamanda BŞTİ – nin müvafiq təlimatına uyğun olaraq məktəbin həyətində “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, şəhid ailəsindən olan qonaqlar, 11 – cilər və məhdud sayda müəllim iştirak etdi. İlk növbədə dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan olundu və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

            Məktəbin direktoru Nailə Cəfərova çıxış edərək 11 – ciləri təbrik etdi və sözü məzun şəhidimiz Rauf Əliyevin atası Səxavət bəyə verdi. Daha sonra direktor müavinləri, 11 – cilərin sinif rəhbərləri öz ürək sözlərini və təbriklərini səsləndirdilər. Məktəbin ictimai həyatında və tədbirlərində fəallıq göstərən bir neçə müəllim, həmçinin buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər məktəbin direktoru tərəfindən fəxri fərmanla təltif edildilər. Sonda bilik açarının təqdimatı və sonuncu zəngin çalınması ilə “Son Zəng” tədbiri yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi