Narkomaniya – sərhədsiz fəlakət
Virtual məktəbdə şagirdlərdə antinarkotik dünyagörüşünü formalaşdırmaq, o cümlədən narkotik vasitələrin, psixotrop dərmanların və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramını həyata keçirmək məqsədi ilə tədbir keçirildi. Tədbir aprel ayının 20 – də Microsoft Teams platforması üzərindən məktəbin VIII – XI sinif şagirdləri,sinif rəhbərləri, valideynlər, təşkilatçı müavin və məktəb psixoloqunun iştirakı ilə təşkil edildi.
Əvvəlcə şagirdlərə zərərli vərdişlərdən bəhs edən videoçarx göstərildi, daha sonra tədbirin planına uyğun olaraq təşkilatçı müavin və məktəb psixoloqu maarifləndirici – profilaktik söhbətlər apardılar. Tədbir boyunca şagirdləri maraqlandıran suallar və mövzular ətrafında müzakirələr aparıldı.