Məzun - səfir doğma məktəbində

Hər bir məktəbin uğuru onun məzunlarının cəmiyyətdəki nüfuzu ilə ölçülür. Bizim məzunlarımız arasında da vətənimizi nəinki Azərbaycanda, eləcə də, onun hüdudlarından kənarda da layiqincə təmsil edən, bugünkü gənclərə örnək olanları çoxdur.

Belə məzunlarımızdan (189) biri də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Fövqəladə və Səlahiyyətli  səfiri Tahir Tağızadədir. Öz məzun yoldaşları ilə məktəbimizdə qonaq  olan cənab səfir və “sinif” yoldaşları məktəbin dəhliz və sinif otaqlarını gəzərkən “keçmiş” illərə qayıdaraq müəllimlərini yad etmiş, məktəb illəri barədə xatirələrindən söz açmışlar. Tahir Tağızadənin doğma məktəbinin bugünkü uğurları, keçmiş məzunların məktəblə əlaqələri, məzunlarımızın ali məktəblərə, xüsusiylə, xarici ölkələrin tanınmış ali təhsil ocaqlarına qəbulu ilə bağlı suallarını cavablandıran direktor qonaqları sinif otaqları, laboratoriyalar, məktəbdə yaradılmış Heydər Əliyev muzeyi  ilə tanış etdi.  Azərbaycan təhsilində baş verən köklü islahatlar barədə ətraflı  məlumat verən direktor, eləcə də, məktəbimizin uğur və nailiyyətlərindən də söz açdı. Səmimi keçən bu görüş sanki keçmiş məzunlarda müasir təhsil şəraiti  ilə bağlı “xoş qısqanclıq” hissi yaratdı.

Doğma məktəbdən xoş təəssüratlarla ayrılan məzunların öz təhsil ocaqlarına  illər sonra “qayıdışı” barədə növbəti gün direktorun yuxarı sinif şagirdlərinə məlumatı şagirdlərdə qürur hissi oyatdı. Şagirdlərdə sağlam rəqabət hissinin formalaşmasına, doğma məktəbin nüfuzunun gələcəkdə də qorunub saxlanılması naminə  daha əzmlə çalışmaq şövqü yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi