Qeyri-infeksion xəstəliklərlə mübarizə

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası və Sağlam həyat tərzinin təşviqi ilə bağlı məktəbimizdə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Bakı şəhəri 2 saylı şəhər poliklinikasının həkim – terapevti, infeksionisti Rəsmiyyə Rəsulova məktəbimizdə olmuş, V–VI sinif şagirdlərinə qeyri-sağlam qidalanmanın, fiziki passivliyin yarada biləcəyi fəsadlar barədə ətraflı məlumat verdi. Hazırda insanlar arasında geniş yayılmış Qrip virusu barədə şagirdlərin sullarını cavablandıran həkim- terapevt Rəsmiyyə xanım bu barədə də öz tövsiyyə və məsləhətlərini şagirdlərə bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi