“Şahinim – Şəhidim” adlı ədəbi bədii kompozisiyanın təşkili

Məktəbimizin şəhid məzunu Hikmət Muradova həsr olunmuş “Şahinim – Şəhidim” adlı ədəbi bədii kompozisiyanın hər bir iştirakçısı, şəhidin ailə üzvü Məryəm xanım Kərimova, Yazıçılar Birliyinin əməkdaşı Güləmayil Murad, Milli Aviasiya Akademiyasının müəllimi, Hikmət Muradovun tələbə və döyüş yoldaşı Bayram Muxtarov, Era məktəbinin rəhbərliyi və şagirdləri tədbiri həyəcan və göz yaşları ilə izlədilər. Məktəbin dil - ədəbiyat müəllimi Təranə Yusubovanın təşkilatçılığı və Gənc Tamaşaçılat Teatrının aktyor və rejissoru Vahid Orucoğlunun iştirakı ilə ərsəyə gələn bu tamaşa şəhid Hikmət Muradovun sevgi hekayəsindən bəhs edirdi.

Tamaşanın sonunda çıxış edən məktəb direktoru Hikmət Muradovun timsalında bütün şəhidlərimizin hər bir Vətən övladı üçün əziz və müqəddəs olduğunu vurğuladı və çıxışını “Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq kölə kimi həyəcan içində yaşayar” fikirləri ilə yekunlaşdırdı.

Hikmət Muradovun tələbə və döyüş yoldaşı Bayram Muxtarov da çıxışında Hikmətin şücaətindən, Vətənə olan sonsuz sevgisindən söz açdı.

Bu kimi tədbirlər şagirdlərimizdə milli vətənəpərvərlik tərbiyəsinin, özünüdərkin formalaşmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi