“Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda tədbir

Məktəbimizdə “Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda tədbir keçirilib.Tədbirdə-Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova,Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı idarə Heyətinin sədri Nazir Quliyev, Daxili İşlər Nazirliyinin İnsan alveri qurbanları ilə işin təşkili şöbəsinin müdiri Fuad Əliyev iştirak etdilər.Natiqlərin “Uşaq hüquqlarının müdafiəsi - insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları”, ”İnsan alveri anlayışı”, ”İnsan alverinə qarşı uşaqların müdafiəsi”, ”İnsan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər” barədə çıxışları VIII-XI sinif şagirdləri tərəfindən maraqla qarşılandı. Hər natiqin çıxışından sonra şagirdləri maraqlandıran sualların cavablandırılması bu tədbirin əhəmiyyətini daha da artırdı.