OCEP proqramı qalibi kimi Qəbələdə səfərdə

    Bakı şəhərinin məktəblərini əhatə edən Olimpiya Mədəniyyəti və Təhsil Proqramının başlıca məqsədi Avropa Olimpiya Komitələrinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət idi.Bu proqram şagirdlərdə sosial bacarıqların inkişafı, sağlam həyat tərzi, sosial məsuliyyət, incəsənət və mədəniyyət və digər bacarıqların inkişafına təsir göstərmişdir.

    OCEP 2019 layihəsi çərçivəsində "Fəal" kateqoriyasında qalib gəlmiş məktəb olaraq komandamızın üzvləri bu günlərdə  Qəbələyə səfər  etmişlər.  Səfər zamanı müəllim-şagird kollektivi arasında inteqrativ oyunlar, müxtəlif idman növləri üzrə yarışlar təşkil edilmiş, fərqli mövzularda diskussiyalar aparılmışdır. Azərbaycanımızın dilbər guşəsi olan Qəbələnin gözəllikləri ilə tanış olmuş şagirdlərimiz  eyni zamanda Yunanıstanda səfərdə olan "Ən fəal" kateqoriyasının qalibləri ilə  də görüntülü zəng vasitəsilə əlaqə saxlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi