İlk qələbə sevincini yaşayırıq!

O arzu olunan zaman, nəhayət ki, yetişdi. Döyüş əzmi ilə döyünən ürəklər sevindi – “Qələbə” xəbərinə. Təklənən, tapdaq altda qalıb yetimləyən, doğma, məhrəm nəfəsə, sözə həsrət qalan yurd yerlərimiz də sevindi ordumuzun zəfər yürüşünə. Məktəbimizin şagird, müəllim kollektivi də səhərin belə bir şad xəbərlə açılmasını məktəb həyətində alqışladı. Hər kəs şücaətlə ordumuzun, igid əsgərlərimizin cəbhədə ard –arda qazandığı şanlı qələbəni alqışladı və davamlı, axarıncı olsun qələbələrimiz dedi.Ali Baş Komandanın qətiyyətli addımları hər kəsin ürəyini dağa döndərmişdi. Ölkə başçısı ilə həmrəy olduğumuzu bir daha nümayiş etdirdik bu gün.Əmin olun, Cənab Ali Baş Komandan! Xalq Sizinlədir!Xalqa arxalanan igidin isə atalar deyib: - “arxası yerə gəlməz”. “Torpaq uğrunda ölən varsa, Vətəndir” – fikri də səsləndi toplantıda. Vətən, torpaq uğrunda şəhid olan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla anıldı.Keçirilən toplantıda Ali Baş Komandana məktub ünvanlanması qərara alındı. Cənab Prezident! Sizə çox böyük qürur hissi ilə ünvanladığımız məktubla bu günlər yaşadığımız sevincimizi bölüşür, apardığınız müdrik və qətiyyətli siyasətinizə alqış deyirik. Cənab Prezident, uzun illərdir ki, 20% Azərbaycan ərazisi erməni faşizminin tapdağı altında inləyir, vətən torpağı yaralı simurq quşuna bənzəyirdi. Amma bu günlər qəbul etdiyiniz qətiyyətli qərar və atdığınız addımlar öz bəhrəsini verməkdədir. Artıq əməlləri ilə bütün dünyaya xeyirxahlıq nuru çiləyən Azərbaycan Dövləti düşünülmüş siyasəti ilə QƏLƏBƏ ərəfəsindədir. O qələbəni bütün türk dünyasına yaşadan məhz Sizsiniz, hörmətli cənab Prezident. Tanrı Sizə elə bir qüvvət, qüdrət və kəramət bəxş edib ki, əməllərinizin işığında bütöv bir xalq yaşayır, fəaliyyət göstərir. Elə bir xalq ki daima şərəf və ləyaqəti uğrunda ölümə mərdliklə sinə gərə bilir. Buna səbəb isə Azərbaycan əsgərinin arxasında dayanan güclü dövləti, dövlətinin başında isə əsl Sərkərdə, Ali Baş Komandanın olmasıdır. Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirik ki, bu müqəddəs yolda qazanılacaq qələbə Azərbaycanın mübarizlik tarixində ən yüksək zirvəyə çevriləcək. Və o zirvəni fəth edən, qələbə sevincini bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev olacaq. Tanrı bu müqəddəs yolda daim köməyiniz olsun və Sizi bu millətə çox görməsin! Hörmətlə: Bakı şəhəri, Səbail rayonu, 189-190 №-li tam orta məktəbin pedaqoji kollektivi.