”31 Mart- Azərbaycanlıların soyqırımı"

Məktəbimizin tarix müəllimi Lalə Məmmədovanın təşkilatçılığı ilə ” 31 Mart- Azərbaycanlıların soyqırımı" mövzusunda hazırlanan dəyirmi masada səslənən - “ Ulu öndər Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla mart hadisələrinin əsl tarixi qiymətini vermişdir. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.. XX əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı apardığı terror və soyqırım siyasəti bu gün də Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd bölgələrdə davam edir. Cənubi Qafqazda sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə çevrilən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Respublikası tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir. Ermənilərin türklərə, müsəlmanlara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları, soyqırımı hadisələri ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ldən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edir. Əgər 31 martdan ibrət alsaydıq və güclü dövlətimiz olsaydı, onda Xocalıda törədilən soyqırım olmazdı. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün dövlətimiz və millətimiz güclü olmalıdır” –fikirlər məhz xalqımıza qarşı törədilən bu qətliamları unutmamaq və unutdurmamaq məramına xidmət edirdi. X və IX sinif şagirdlərinin iştirakı ilə keçirilən bu tədbirdə YAP Səbail rayon Qadinlar Şurasının sədri,İqtisad Universitetinin dosenti Təranə xanım,Səs qəzetininj şöbə müdiri Rəfiqə xanım ,məktəbin direktoru Ceyran xanım və tarix müəllimləri iştirak etmişlər. Tarix müəllimlərinin hazırladığı təqdimatlarda soyqırımın səbəbləri, Cənubi Qafqazdakı siyasi vəziyyət , ermənilərin vəhşilikləri bir daha açıqlanmışdır. X sinif şagirdi Məmmədova Nərgizin "Quba məzarlığı" haqqında hazırladığı təqdimat da maraqla qarşılanmışdır. Tədbirin sonunda çıxış edən direktor və Təranə xanım məktəblilərə tariximizin qanlı səhifələrindən ibrət götürməyi,ölkə başçısının müdrik və uzaqgörən siyasətini dəstəkləməklə Vətənə layiq vətəndaş olmağı tövsiyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi