Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti barədə  deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Bu gün hər bir müəllimin ən başlıca vəzifəsi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixinə xalqımızın adət və ənənələrinə, hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan vətəndaş yetişdirməkdir. Məhz elə bu səbəbdən də biz məktəbdə xalqımızın tarixində mühüm mərhələ olan hər bir tarixi dönəmi müxtəlif tədbirlərlə qeyd etməyi vacib hesab edirik.

Müstəqillik günü münasibətiylə məktəbdə bu tarixi hadisəylə bağlı “Ən yaxşı şer”, “Ən yaxşı təqdimat”, “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı divar qəzeti” müsabiqələri elan olunmuş və tədbir keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Ceyran Kuliyeva öncə Azərbaycan tarixinin şanlı səhifəsi barədə məlumat vermiş, daha sonra qalib video çarxlar nümayiş etdirilmiş, şer parçaları dinlənilmiş, sonda qaliblər mükafatlandrılımışdır. Məktəbimizin rəqs dərnəyi üzvlərinin ifasında nümayiş etdirilən musiqi nömrələri tədbirə xüsusi ahəng qatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi