Məktəbimizin növbəti uğuru

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Rəşad Tağıyev Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Rəşad Tağıyev təhsil sahəsində aparılan islahatlardan, dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan ,ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib, müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Mərasimdə çıxış edənlər  onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.

Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə məktəb direktorları, müəllimlər, şagirdlər və məzunlar mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında biz də varıq.Pedaqoji kollektivin səmərəli və uğurlu fəaliyyətinə,təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırdığına, gənc nəslin vətənpərvərlik, azərbaycançılq və dövlətçilik ruhunda tərbiyə edilməsinə, şagirdlərin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə məktəbimizin direktoru Ceyran Kuliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəkkürnaməsi ilə təltif olunub.

Rəhbərliyə verilən bu dəyər kollektivi daha səy və məsuliyyətlə çalışmağa sövq edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi