Məktəbəhazırlıq qruplarının ilk dərs günü
Oktyabrın 1-də məktəbimizdə 3 məktəbəhazırlıq qruplarında 2019-2020-ci tədris ilinin ilk məşğələləri fəaliyyətə başladı. Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar məktəbin direktoru valideyn və beşyaşlıları təbrik etdi və məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlər barədə məlumat verərək, bu qrupların 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədilə yaradıldığını diqqətə çatdırdı.
Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçiriləcəyi barədə də məlumat verildi. 27 sentyabr tarixində valideynlər üçün Sınaq Günü təşkil edildiyindən və bu tədbirdə müəllimlər tərəfindən hazırlanmış maraqlı təqdimat vasitəsiyıə məktəbəhazırlıq qruplarının fəaliyyəti barədə yetərincə məlumat verildiyindən beşyaşlılar onları səbirsizliklə gözləyən gözoxşayan tərtibatlı sinif otaqlarına yola salındı. Yolunuz açıq, qədəmləriniz mübarək olsun,əziz balalar.