Zərərli vərdişlərə yox deyək
Səbail rayon Polis İdarəsinin və Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin birgə təşkilatçılığı ilə məktəbimizdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında tədbir keçirilmişdir.
Tədbirdə Səbail RPİ–nin rəisi Cavid Muradov, DİN-nin mətbuat xidmətinin əməkdaşları, RPİN- nin şəxsi heyyət üzrə rəis köməkçisi, YYÇPİTB-nin rəisi və əməkdaşları, NMB-nin rəisi və əməkdaşları, 9-cu PB-nin rəisi və əməkdaşları, Səbail RPİ-nin veteranlar şurasının nümayəndəsi, Bakı Şəhər Narkoloji dispanserinin həkimi iştirak etmişdir.
Tədbir zamanı mövzu ilə bağlı göstərilən videoçarx tədbirdə iştirak edən 150-yə yaxın IX-XI sinif şagirdlərinin marağına səbəb olmuşdur. Sonda isə qonaqlar müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.