STEAM layihəsi
Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisəsində tətbiqinə başlanılan STEAM layihəsi 2019-2020-ci tədris ilində bizim məktəbimizdə də reallaşacaq. Layihəyə məktəbimizin 6-cı sinif şagirdləri cəlb edilib. STEAM təhsil metodu beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib.
Layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisidir.